“Lester”dən İtaliya klubuna – rəsmi

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Lester”dən Adrien Silvanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Silva, 2017-ci ildən “Lester”də çıxış edirdi. O, 2019/20 mövsümünü icarə əsasında “Monako”da keçirib. Yarımmüdafiəçi Portuqaliya yığmasında 26 oyuna 1 qol vurub.