İtaliya klubunda baş məşqçi dəyişikliyi

İtaliyanın “Salernitana” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin çalışdırıcısı Fabrisio Kastori istefaya göndərilib və onun əvəzinə komandanın “sükan”ı Stefano Kolantuonoya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stefano ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

“Salernitana” A Seriyasında 4 xalla sonuncu sıradadır.