“Roma”nın futbolçusu koronavirusa yoluxdu

İtaliyanın “Roma” klubunun futbolçusu Nikolo Zaniolo koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə 21 yaşlı yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib. Zaniolo, koronavirus testinin müsbət çıxdığını bildirib.

Zaniolo xəstəliyin heç bir əlamətinin olmadığını da qeyd edib.