“Roma”nın hədəfi Çempionlar Liqasına qayıtmaqdır”

İtaliyanın “Roma” klubunun baş məşqçisi Paulo Fonseka açıqlama verib.

Komanda.az xəbər verir ki, Portuqaliya mətbuatına danışan 47 yaşlı mütəxəssis, paytaxt klubunun hədəflərindən danışıb:

“Hazırda A Seriyasında üçüncü sıradayıq. Mövsümün əvvəlində bizim bu yerdə olacağımızı düşünmürdülər. Yaxşı oynayırıq və motivasiyamız güclüdür. “Roma”nın hədəfi Çempionlar Liqasına qayıtmaqdır. A Seriyasında 6-7 güclü komanda var. İndidən nə olacağını demək çətindir, amma məqsədimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır”.

“Roma” A Seriyasında 43 xalla 3-cü sıradadır.