“Yuventus”un futbolçusu “Roma”nın hədəfində

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Yuventus”dan Daniele Ruqanini transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Roma” Ruqanini satınalma hüququ ilə birlikdə icarəyə götürmək niyyətindədir. “Roma” 25 yaşlı müdafiəçi üçün “Yuventus”a 3 milyon avro icarə pulu təklif edəcək.

İtaliya millisinin də formasını geyinən Ruqaninin “Yuventus”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.