“Roma” hücumçusunu itirdi – “Milan”la oyunu buraxacaq

İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “canavarlar”ın hücumçusu Edin Dzeko zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 34 yaşlı hücumçu Avropa Liqasının 1/16 final mərhələsinin “Braqa” ilə cavab oyununda (3:1) zədələnib.

Dzekonun azı iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Hücumçu A Seriyasının 24-cü turunun “Milan”la matçını buraxacaq. Qarşılaşma fevralın 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button