“Roma”dan ermənilərə yardım

İtaliyanın “Roma” klubu cəbhədə baş verən hadisələrlə bağlı Ermənistana dəstək nümayiş etdirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi içərisində klubun futbol atributları və idman geyimləri olan 117 paketi Ermənistana göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Roma”nın baş direktoru Qvida Fieqa yardımla bağlı bunları deyib:

“Çətin vəziyyətdə olan uşaqlara, qadınlara və kişilərə kömək etmək istəyirik”.

Ermənistan milli komandasının üzvü olan Henrix Mxitaryan “Roma”nın formasını geyinir. Yarımmüdafəçi klubunun bu təşəbbüsünə görə rəhbərliyə təşəkkür edib.