43 yaşlı Buffonun karyerasında ilk

İtaliyanın “Parma” klubunda çıxış edən Canluici Buffon karyerasında antirekorda imza atıb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 43 yaşlı qapıçı ilk dəfə bir matçın birinci hissəsində 4 qol buraxıb.

Buffon “Leççe” ilə keçirilən B Seriyası matçının ilk hissəsində qapısında 4 top görüb.

“Leççe” – “Parma” matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.