Pandevin yeni klubu

İtaliyanın “Parma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, B Seriyası təmsilçisi “Cenoa”dan Qoran Pandevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı şimali makedoniyalı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Pandev bu mövsüm “Cenoa” ilə 22 oyuna çıxıb.