“Leyptsiq”dən “Napoli”yə – rəsmi

İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Neapol təmsilçisi “Leyptsiq”dən Dieqo Demmeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları isə açıqlanmayıb.

İtaliya mətbuatının xəbərinə görə, “Napoli” Demme üçün “Leyptsiq”ə 12 milyon avro ödəyəcək.

Almaniyalı yarımmüdafiəçi 2014-cü ildən “Leyptsiq”in formasını geyinirdi.