“Napoli”nin müdafiəçisi üçün il bitdi

İtaliyanın “Napoli” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, A Seriyasının 15-ci turunda “Sassuolo” ilə keçirilən matçda (2:2) zədələnən Xalidu Kulibali bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Seneqallı müdafiəçinin bərpası növbəti ilin fevralına qədər çəkəcək.

Kulibali zədə səbəbindən 2022-ci ilin 9 yanvarından 6 fevralına qədər davam edəcək Afrika kubokunu da buraxa bilər.