Ançelotti üçün həyəcan siqnalı – Qovula bilər

İtaliyanın “Napoli” klubu baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, buna səbəb komandanın son oyunlarda uğursuz çıxış etməsidir. Bu barədə İtaliyanın “Sky Sports” nəşri məlumat yayıb. Ançelottinin qısa zamanda nəticələri düzəltməyəcəyi halda, onunla yolların ayrılacağı bildirilir.

“Napoli”də Ançelottinin yerinə isə Cennaro Qattuzo düşünülür. Klubun idman direktoru Kristiano Cintuli son günlərdə Qattuzo ilə bir neçə dəfə görüşüb.

İtaliya mətbuatının xəbərinə görə, “Napoli”nin prezidenti Auerelio de Laurentis Çempionlar Liqasında “Genk”lə oyundan sonra Ançelottini göndərəcək və onun yerinə Qattuzonu gətirəcək.

“Napoli” hazırda A Seriyasında 14 turdan sonra 7-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button