“Napoli”də görüş – Qattuzoyla bağlı qərar verildi

İtaliyanın “Napoli” klubu baş məşqçisi Cennaro Qattuzo ilə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqavilənin müddəti artırılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Qattuzo klubun prezidenti Aurelio de Laurentislə görüşüb və tərəflər yeni – iki illik müqavilənin imzalanması məsələsində razılığa gəlib.

2019-cu ilin dekabrından “Napoli”ni çalışdıran Qattuzonun hazırkı müqaviləsi gələn ilin yayına kimidir. “Napoli” italyan mütəxəssisin rəhbərliyi ilə İtaliya kubokunu qazanıb. Komanda hazırda A Seriyasında 6-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button