Mancukiçin “Milan”dakı forma nömrəsi bilindi RƏSMİ

İtaliyanın “Milan” klubunun xorvatiyalı hücumçu Mario Mancukiçlə razılaşdığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-qaralar”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Milan” yayda Mancukiçin müqaviləsinin müddətini daha bir il artıra bilər.

Mancukiçin “Milan”dakı forma nömrəsi də artıq bəlli olub. Xorvatiya yığmasının sabiq hücumçusu yeni klubunda 9 nömrəli formada mübarizə aparacaq.

Mancukiç daha əvvəl İtaliyada “Yuventus”un şərəfini qoruyub.