“Milan” “Tottenhem”lə razılaşa bilmir

İtaliyanın “Milan” klubu “Tottenhem”dən Serj Oryeni transfer etmək istəyir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı-qaralar” 27 yaşlı müdafiəçi üçün London klubuna 13 milyon avro ödəməyə hazırdır.

“Tottenhem” klubu isə futbolçusuna görə ən azı 20 milyon avro tələb etdiyi üçün tərəflər Oryenin transfer məbləğində razılaşa bilmirlər.

2017-ci ildən “Tottenhem”də forma geyinən Oryenin londonlularla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button