“Milan” portuqaliyalı futbolçu ilə bağlı qərarını verdi

İtaliyanın “Milan” klubu icarə əsasında komandada çıxış edən Dioqo Dalotla bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi 21 yaşlı müdafiəçinin transfer hüquqlarını almayacaq. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Dalot yayda müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”ə qayıdacaq.

Portuqaliyalı futbolçu bu mövsüm “Milan”la 20 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib. Dalot ötən ilin oktyabrından “Milan”dadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button