“Milan” ispan futbolçu üçün 10 milyon avro istəyir

İtaliyanın “Milan” klubu futbolçusu Samuel Kastilyexonu yayda satmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Xəbərdə, “qırmızı-qaralar”ın 26 yaşlı yarımmüdafiəçi üçün 10 milyon avro tələb etdiyi bildirilib.

Kastliyexo 2018-ci ildən “Milan”da çıxış edir. İspan futbolçu bu mövsüm A Seriyasında 24 oyunda 1 qol vurub. Kastilyexonun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.