“Milan”da yeni müqavilə

İtaliyanın “Milan” klubu futbolçusu Aleksis Salemakerslə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçiylə müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir.

Salemakers bu mövsüm “Milan”la 9 oyuna çıxıb.