Paytaxt klubunda ciddi itki – kapitan sıradan çıxdı

İtaliyanın “Latsio” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun kapitanı Senad Luliç zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, bosniyalı yarımmüdafiəçinin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

2011-ci ildən “Latsio”da forma geyinən Luliç bu mövsüm A Seriyasında 20 oyunda iştirak edib.