Keçmiş diktatorun nəvəsi İtaliya klubu ilə peşəkar müqavilə imzaladı

İtaliyanın keçmiş diktatoru, bu ölkədəki faşist partiyasının yaradıcısı Benito Mussolininin nəvəsi Romano Mussolini “Latsio” klubu ilə peşəkar müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə 18 yaşlı futbolçu “instagram” hesabında paylaşım edib. O, “Latsio” ilə peşəkar müqavilə imzaladığını açıqlayıb. Mussolini ilə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

“Latsio”nun gənclərdən ibarət komandasında çıxış edən Romano bu mövsüm 9 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button