Berluskoni koronavirusa yoluxdu

İtaliyanın keçmiş baş naziri və “Milan”ın sabiq rəhbəri Silvio Berluskoni koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Dünən vəziyyəti ağırlaşan Berluskoni “San Rafela” klinikasına aparılıb. 83 yaşlı funksionerin durumu sabitdir.

1986-2017-ci illər aralığında “Milan”a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb. Berluskoni hazırda İtaliya C Seriyası təmsilçisi “Montsa”nın sahibidir.

Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button