Uruqvay millisinin üzvü İtaliya klubunda – Rəsmi

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Boka Xuniors”dan Naytan Nandesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Kalyari” Nandes üçün “Boka Xuniors”a 18 milyon avro təzminat ödəyib. Uruqvay millisinin də üzvü olan Nandes, yeni klubunda 18 nömrəli formanı geyinəcək.