İtaliya klubundan azarkeşlərinə ömürlük qadağa

İtaliyanın “Kalyari” klubu üç azarkeşini cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Kalyari”nin ev oyunlarında irqçilik edən və tribunalarda təhqiramiz sözlər işlədən üç azarkeşin stadiona girişinə ömürlük qadağa qoyulub.

“Kalyari” A Seriyasında 8-ci sıradadır.