“Xəyal etdiyim “İnter”i görə bilmədim” – Eriksen

İtaliyanın “İnter” klubunun futbolçusu Kristian Eriksen açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan danimarkalı yarımmüdafiəçi, arzuladığı “İnter”i görə bilmədiyini deyib:

“Xəyal etdiyim “İnter”i görə bilmədim. Bütün futbolçular oynamaq istəyir, amma sonda meydana kimin çıxacağına qərar verən baş məşqçidir. Nə olur olsun, baş məşqçimizin fikrinə hörmətlə yanaşmalıyıq. Hazırda bütün diqqətimi futbola ayırmışam, transfer pəncərəsi dövründə nələrin olacağını görəcəyik”.

Eriksen “İnter”lə bu mövsüm 7 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button