“İnter”in 5 üzvündə koronavirus aşkarlandı

İtaliyanın “İnter” klubunun beş üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “İnter”də iki idarəedici direktor – Alessandro Antonello və Cüzeppe Marotta, həmçinin idman direktoru Pyero Ausilio, klub vəkili Ancelo Kapelyini və texniki heyətin bir üzvünün testinin nəticəsi müsbət çıxıb. Adı çəkilən şəxslər karantinə alınıb.

“İnter” İtaliya A Seriyasında 53 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button