Dibala seçim qarşısında: “Yuventus”, yoxsa “İnter”?

İtaliyanın “İnter” klubu “Yuventus”un hücumçusu Paulo Dibala ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “neradzurra”nın argentinalı hücumçuya yaxşı şərtlərlə təklif göndərəcəyi bildirilib.

“İnter” Dibalaya illik 7,5 milyon avro qazanacağı 5 illik sözləşmə təklif edəcək. 28 yaşlı oyunçu klubunu dəyişməyə müsbət yanaşır.

Dibala bu mövsüm “Yuventus”la 21 oyunda 10 qol vurub. Argentinalı futbolçunun klubla sözləşməsi 2022-ci ilin yayına qədərdir.

“Qoca sinyora” Dibalaya yeni müqavilə təklif etsə də, tərəflər maliyyə şərtlərində razılığa gələ bilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button