“İnter”dən 100 min avroluq dəstək

İtaliyanın “İnter” klubu koronavirusla mübarizə aparan Sakko xəstəxanasına 100 min avro bağışlayıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin prezidenti Stiven Çjan yerli mətbuata müsahibəsində deyib. O, Milan şəhərində yerləşən Sakko xəstəxanasının işçilərinin gördükləri işlərlə qürur duyduqlarını və sağlıq ocağına 100 min avro bağışladıqlarını bildirib.

İtaliyada koronavirus epidemiyasının yayılmasına görə, aprelin 3-nə qədər bütün çempionat matçları azarkeşsiz keçiriləcək.