Konte istəmədi, “İnter” satışa çıxardı

İtaliyanın “İnter” klubu futbolçusu Raca Nainqqolanı satmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Milan təmsilçisinin yeni baş məşqçisi Antonio Kontenin gələcək planlarında yer almır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“İnter”in Naiqqolanı satıb, onun mövqeyinə yeni futbolçu almaq istədiyi bildirilir. Belçikalı futbolçuyla keçmiş klubu “Roma” yaxından maraqlanır.

Nainqqolan 2018-ci ilin iyulunda “Roma”dan “İnter”ə keçmişdi.