“İnter” milli üzvü ilə müqaviləni yeniləyəcək

İtaliyanın “İnter” klubu futbolçusu Nikolo Barellanın müqaviləsinin müddətini artıracaq.

Komanda.az xəbər verir ki, “neradzurra” italyan yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, tərəflər arasında razılıq əldə olunduğu bildirilib.

Barella bu mövsüm “İnter”lə 11 oyuna çıxıb.

24 yaşlı yarımmüdafiəçinin indiki müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Barella İtaliya millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button