Martinesin “İnter”dən istəyi

İtaliyanın “İnter” klubu futbolçusu Lautaro Martinesi komandada saxlamaq niyyətindədir.

Komanda.az xəbər verir ki, “neradzurra” 23 yaşlı hücumçunun yeni müqavilə imzalaması üçün məvacibini 2 dəfə artırmağa hazırdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Martines isə “İnter”dən məvacibinin 4 dəfə artırılmasını tələb edir. “Neradzurra” argentinalı hücumçunun bu tələbini yerinə yetirmək istəmir  və Martineslə ortaq bir razılığa gəlmək niyyətindədir.

“İnter”lə 2023-cü ilin yayına qədər müqaviləsi olan Martineslə “Mançester Siti” klubu yaxından maraqlanır.