“İnter” onları İtaliyaya qaytarmaq üçün 100 min avrosundan keçdi

İtaliyanın “İnter” klubu Argentina yığmasının düşərgəsində olan futbolçuları – Lautaro Martines və Xoakin Korreanın tez bir zamanda İtaliyaya qayıtması üçün çarter reysi təşkil edib.

Komanda.az xəbər verir ki, “neradzurra” bu reys üçün 100 min avro ödəyib. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Hər iki oyunçu oktyabrın 15-də İtaliyaya gələcək.

“İnter” Martines və Korreanı A Seriyasının 8-ci turunun “Latsio” ilə matçına çatdırmaq istəyir.

“Latsio” – “İnter” oyunu oktyabrın 16-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button