“Atletiko” istəyirdi, 60 milyon avro qiymət qoydular

İtaliyanın “Fiorentina” klubu futbolçusu Duşan Vlahoviçin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçunu heyətinə qatmaq istəyən klublar azı 60 milyon avro ödəməlidir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Vlahoviçlə İspaniyanın “Atletiko” klubu yaxından maraqlanır. Madridlilər hücumçunu heyətinə qatmaq üçün yayda danışıqlara başlayacaq.

Serbiyalı futbolçu bu mövsüm A Seriyasında 32 oyunda 17 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button