İtaliya klubunun 3 futbolçusu koronavirusdan sağaldı

İtaliyanın “Cenoa” klubunun üç futbolçusu koronavirusdan sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Cenoa”da Mattia Perin, Federiko Marketti və İvan Radovanoviç koronavirusa qalib gəlib.

Hər üç futbolçunun yaxın zamanda məşqlərə başlayacağı bildirilib.