“Çelsi” futbolçusunu “Atalanta”ya satdı

İtaliyanın “Atalanta” klubu icarə əsasında komandada çıxış edən Mario Paşaliçin transfer hüquqlarını alıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Atalanta”nın 25 yaşlı xorvat üçün “Çelsi”yə 15 milyon avro ödədiyi bildirilib. Berqamo təmsilçisi Paşaliçlə 5 illik müqavilə imzalayacaq.

“Atalanta” yaxın günlərdə Paşaliçlə bağlı rəsmi açıqlama verəcək. Yarımmüdafiəçi bu mövsüm 32 oyunda 7 qol vurub.

Paşaliç 2018-ci ildən “Atalanta”da icarədə idi.