Kolumbiya millisinin üzvü İtaliya klubunda

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sevilya”dan Luis Murieli transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Son mövsümü icarə əsasında “Fiorentina”da keçirən Muriel, yeni klubunda 9 nömrəli forma altında çıxış edəcək. Hücumçu eyni zamanda Kolumbiya millisinin də şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button