İtaliya millisinin üzvü A Seriyasında klubunu dəyişdi – rəsmi

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Berqamo təmsilçisi “Milan”dan Mattia Kaldaranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Atalanta” 25 yaşlı müdafiəçini 18 aylıq icarəyə götürüb.

“Atalanta”nın yetirməsi olan Kaldara, 2017-ci ildə 19 milyon avroya “Yuventus”a, 2018-ci ildə isə 35 milyona “Milan”a keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button