İtaliyanı İngiltərəyə dəyişmək istəmir

Niderlandlı müdafiəçi Denzel Dumfris “Mançester Yunayted”ə keçmək niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb. “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın böyük marağına baxmayaraq, Dumfris “İnter”dən ayrılmaq istəmir. Milan klubu özü sağ cinah müdafiəçisini 30 milyon avroya satmaqda maraqlıdır.

Dumfris ötən mövsüm “İnter”in heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt”da onun bazar dəyəri 25 milyon avrodur.

Daha əvvəl Dumfrisə “Bayern”dən də maraq olduğu bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button