Spallettinin son oyunu: Konte “İnter”də nə qədər qazanacaq?

İtaliyalı mütəxəssis Antonio Kontenin “İnter”i çalışdıracağı iddia edilir.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatı tərəflər arasında olan razılaşmanın detallarını açıqlayıb. “La Gazetta dello Sport” nəşri Kontenin “İnter”lə 3 illik müqavilə imzalayacağını və illik 10 milyon avro məvacib alacağını bildirib.

Hazırda Luçano Spallettinin rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasına vəsiqə qazansa da, komandanın “sükan”ı Konteyə tapşırılacaq.

İtaliya A Seriyasının sonuncu – 38-ci turunun “İnter” – “Empoli” matçının Spalletti üçün son oyun olacağı bildirilir. Görüş mayın 26-da, saat 22:30-da start götürəcək.