İtaliyalı qapıçı A Seriyasında klubunu dəyişdi

İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi italiyalı qapıçı Marko Silvestrini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Marko Silvestri 2017-ci ildən “Verona”nın formasını geyinirdi. 30 yaşlı qolkiper geridə qalan illərdə bu komandanın heyətində 115 rəsmi matça çıxıb. İtaliyalı qapıçı əvvəllər “Lids”, “Kalyari”, “Padova” və “Recana” klublarında da forma geyinib.