İtaliyalı mütəxəssis Azərbaycan millisində çalışacağını təsdiqlədi: “Bizim üçün bir fürsətdir”

İtaliyalı mütəxəssis Klaudio Belluççi Azərbaycan milli komandasında baş məşqçi təyin olunacağı gözlənilən Canni De Byazinin köməkçisi olacağını təsdiqləyib.

Komanda.az xəbər verir ki, bu barədə Belluççi “Sky Sports”a açıqlamasında deyib:

“Onsuz da De Byazi ilə bir il işləmişəm, indi hərəkətə keçmək və iş vaxtıdır. Bu, bizim üçün bir fürsətdir”.

Azərbaycan milli komandasına baş məşqçi təyin olunacağı gözlənilən Canni De Byazinin digər köməkçiləri Benni Karbone və Arif Əsədov olacaq.