“Qattuzo Riberinin transfer olunmasını istədi, ancaq…”

İtaliyalı keçmiş futbolçu Massimo Brambati “Fiorentina”ya keçən Frank Riberi haqda maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Brambati, ötən mövsüm “Milan” rəhbərliyinin Riberini transfer etmək istəmədiyini deyib:

“Ötən mövsümün sonunda baş məşqçi Cennaro Qattuzo Riberinin transfer olunmasını istədi, ancaq “Milan” rəhbərliyi bunu qəbul etmədi. İndi Riberi “Fiorentina”da möhtəşəm işlər görür.

“Milan”ın nə üçün Marko Campaolonu seçdiyini bilmirəm. Qattuzo ilə davam etmək daha yaxşı olardı”.

Brambati 1986-1999-cu illər aralığında “Torino”, “Empoli”, “Leççe”, “Bari”, “Palermo” kimi klublarda forma geyinib.