Kannavaronun oğlu İtaliya klubunda – rəsmi

İtaliyalı keçmiş dünya çempionu Fabio Kannavaronun oğlu Andrea Kannavaro “Latsio”ya keçib.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Andrea ilə uzunmüddətli müqavilə imzalanıb. O, “Latsio”nun 17 yaşadək futbolçulardan ibarət komandasında oynayacaq.

Andrea, bundan əvvəl atasının baş məşqçilik etdiyi “Quançjou Everqrand” (Çin) klubunda çıxış edirdi.

Fabio Kannavaro futbolçu kimi İtaliya yığmasının heyətində DÇ-2006-nın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button