Messi niyə “Çelsi”yə keçmək istəyib?

İtaliyalı jurnalist Canluka Di Marzio Lionel Messinin 2004-cü ildə “Barselona”dan ayrılmaq üzrə olduğunu deyib.

Komanda.az xəbər verir ki, “Besoccer” portalına danışan Marzio, argentinalı futbolçunun “Çelsi”yə keçmək istədiyini bildirib:

“Düşünürəm ki, futboldakı ən gizli sirrlərdən biri də Messinin “Çelsi”yə keçidinin baş tutmamasıdır. Messi 2004-cü ildə Joze Mourinyo ilə birlikdə işləmək üçün “Çelsi”yə keçmək istəyirdi. Uzun danışıqlardan sonra transfer baş tutmamışdı. Messi ilk dəfə onda “Barselona”dan ayrılmaq istəmişdi. İkincisi də bu yaxınlarda oldu”.