İtaliyalı hücumçu rəsmən “Neftçi”də

“Neftçi” yeni hücumçu transfer edib.

Komanda.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı futbolçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlanıb.

31 yaşlı forvard yeni komandasının heyətində 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu Novara (2016-2019) olan Sansone, İtaliyanın “Montorio” (2005-2006), “Peşina” (2006-2008), “Syena” (2008-2010), “Qallipoli” (2009), “Lansano” (2009-2010), “Frozinone” (2010-2011), “Sassuolo” (2011-2012), “Torino” (2012-2013), “Sampdoriya” (2013-2016), “Bolonya” (2015), “Bari” (2015-2016) klubarında da çıxış edib.

 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button