İtaliyalı futbolçu koronavirusa qalib gəldi

İtaliyanın “Sampdoriya” klubunun futbolçusu Manolo Qabbyadini koronavirus xəstəliyinə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı hücumçu yerli mətbuata açıqlamasında bildirib.

29 yaşlı forvardın sözlərinə görə, xəstəliyi yüngül formada keçirib: “Birinci gün hərarətim oldu, növbəti beş gündə isə xoşagəlməz öskürək var idi. Bu müddəti evdə keçirdim. Hər gün həkimlərlə danışırdım. Sonuncu testin nəticəsi mənfi çıxdı”.

Qeyd edək ki, Manolo Qabbyadini “Sampdoriya”da koronavirusa yoluxan ilk futbolçu olub. Ondan sonra daha 6 komanda yoldaşında virusun simptomları aşkarlanıb.