İtaliya yığmasında itki

Futbol üzrə İtaliya yığması ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Bosniya və Herseqovina ilə oyuna hazırlaşan komandanın müdafiəçisi Kristiano Biraqi sıradan çıxıb.

O, bir neçə gün öncə səfərdə 3:0 hesabıyla məğlub etdikləri Yunanıstanla oyundan sonra baş tutan məşq zamanı zədələnib. Vəziyyəti ağır olan futbolçu bosniyalılarla görüşdə iştirak edə bilməyəcək. Bu üzdən də baş məşqçi Roberto Mançini “Fiorentina”nın şərəfini qoruyan futbolçunu yığmanın heyətindən kənarlaşdırıb.

İtaliya – Bosniya və Herseqovina matçı iyunun 11-də keçiriləcək.