İtaliya yığmasında itki

Futbol üzrə İtaliya yığması itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, müdafiəçi Danilo D`Ambrozio zədələnib.

Milan “İnter”inin şərəfini qoruyan futbolçu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Yunanıstanla qarşılaşmada sıradan çıxıb. Hansı ki, həmin oyunda 2:0 hesabıyla qalib gələn İtaliya millisi ardıcıl 7 qələbə sayəsində artıq növbəti Avropa çempionatına vəsiqəni təmin edib.

“Gazzetta dello Sport”un yazdığına görə, D`Ambrozio Lixtenşteynə qarşı keçirəcəkləri növbəti oyunu buraxmalı olacaq. Onun bərpa müddəti ətraflı həkim müayinəsindən sonra müəyyənləşəcək.

Lixtenşteyn – İtaliya qarşılaşması oktyabrın 15-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button