Qattuzo: “Məğlubiyyətə görə özünü günahlandırmasını istəmirəm”

İtaliya superkubokunda “Yuventus”a məğlub olan “Napoli”nin baş məşqçisi Cennaro Qattuzo açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qattuzo, 0:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Futbolçularımı günahlandıracaq bir şeyim yoxdur. Onlar əllərindən gələni etdilər, qol buraxanda da düzgün reaksiya verdik. Lorenso İnsinye penaltini qola çevirə bilmədi, lakin məğlubiyyətə görə özünü günahlandırmasını istəmirəm. Qələbə qazananda da, uduzanda da bütün komanda şəklində edirik”.