İtaliya səfiri “Neftçi”nin düşərgəsində

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari “Neftçi”nin qonağı olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Neftçi”nin prezidenti Kamran Quliyev səfirlə görüşərək, Azərbaycanda futbolun inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında müzakirələr aparıb.

Azərbaycandakı İtaliya vətəndaşları ilə maraqlanan Auqusto Massari ilə görüşdə “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, komandanın italiyalı baş məşqçisi Roberto Bordin, onun həmyerliləri – fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu və futbolçu Canluka Sansone də iştirak ediblər.

Xatirə olaraq, səfirə “Neftçi”nin forması hədiyyə edilib.