Rəsmi: İtaliya millisinin sabiq baş məşqçisi Çin klubunda

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Donadoninin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Çinin “Şençjen” klubuna baş məşqçi təyin olunub. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Donadoni ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Donadoni 2006-2008-ci illər aralığında İtaliya milli komandasını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button